• $
  • €
  • ₽
  • ₺
  • £

Gəlir vergisi üzrə 100 faizlik güzəşt - RƏSMİ AÇIQLAMA

Gəlir vergisi üzrə 100 faizlik güzəşt - RƏSMİ AÇIQLAMA
03.12.2018 20:42
Azərbaycanda 2019-cu ildən yeni Vergi Məcəlləsi qüvvədə olacaq.
Oxu.Az xəbər verir ki, 240 bənd üzrə dəyişikliklər edilən budəfəki məcəllə vergitutmanın əsas sahələrində ciddi yeniliklər və nəzarət tədbirləri vəd edir.
Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə görə, yeni məcəllə hazırlanarkən beş əsas hədəf seçilib: sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

 

"Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükü əhəmiyyətli dərəcədə azaldılıb.
Qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib. Dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçün yeddi il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8 000 manatdan çox olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir.
"Əsas hədəf "kölgə iqtisadiyyatı”nın həcminin azaldılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir”.
Bu dəyişikliyin nəticəsində hökumət əmək müqavilələrinin sayının artacağını və "qara mühasibatlılığın” rəsmi dövriyyəyə keçəcəyini hədəfləyib.
Xatırladaq ki, dövlət sektorunda çalışanlar və neft sektorunun özəl bölməsinə bu güzəşt şamil edilmir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol