• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur" - Deputat

"Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur" - Deputat
06.12.2018 15:15
Azərbaycanın sabiq Baş nazirinin birinci müavini, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov maliyyə naziri Samir Şərifovun devalvasiya ilə bağlı açıqlamasına münasibət bildirib.

V.Əhmədov "Ölkə.Az"a açıqlamasında maliyyə nazirinin sözügedən çıxışının başadüşülməz olduğunu söyləyib:

"Mənə elə gəlir ki, maliyyə naziri Samir Şərifovun fikirləri müəyyən qədər konteksdən çıxarılıb. Yaxud da o, öz fikirlərini axıra çatdıra bilməyib. Əlbəttə ki, indiki vəziyyətdə Azərbaycana manatın dayanıqlı olması vacibdir. Bu gün həm əhali, həm də sahibkarlar üçün dayanıqlı manatın olması lazımdır ki, hər hansı ciddi problem yaranmasın. 2015-ci ilin devalvasiyası çoxlarının yadına gəlir. Həmin devalvasiyadan nə qədər insanlar əziyyət çəkdi, əhalinin nə qədər milli valyutası dəyərdən düşdü, banklarda olan əmanətlər dəyərini itirdi, bankların vəziyyəti ağırlaşdı, buna görə əhali ilə banklar arasında problemlər yaşandı və sairə. 

Ən əsası isə bu gün manatın dəyərdən düşməsi üçün heç bir problem və ya əsas yoxdur. Çünki hazırda dünyada neftin qiyməti 60 dollardan yuxarıdır, Azərbaycanın idxal-ixrac əməliyyatlarında müsbət saldo var və Mərkəzi Bank tərəfindən pul kütləsinə çox ciddi nəzarət olunur. Ona görə də mən hesab edirəm ki, indiki şəraitdə sadaladığım bu üç əsas amil Azərbaycanın xeyrinə olduğu üçün indiki şəraitdə manatın devalvasiyasından söhbət gedə bilməz. Hazırda Azərbaycan dövlətinin 45 milyrad dollardan çox valyuta ehtiyyatı var. Axı nə üçün manat devalvasiya olunmalıdır? Bu baxımdan da düşünürəm ki, hazırda gedən proseslər və ölkədə aparılan iqtisadi siyasətə görə Azərbaycanda heç bir devalvasiya gözlənilmir. Yəni, yaxın vaxtlarda biz bunun şahidi olmayacağıq".

Deputat bir daha deyib ki, manatın sabitliyi Azərbaycan əhalisi üçün çox vacibdir:
"Çünki əhali bu cür məsələlərdən çox narahat olur, manat dəyərdən düşəndə infilyasiya yaradır. Digər tərəfdən isə Azərbaycanın kifayət qədər xarici dövlət borcu mövcuddur. Manat ucuzlaşanda, dollar bahalaşanda dövlət borcumuz da artır. Ona görə də bu cür məsələləri dəqiq fikirləşib danışmaq lazımdır. 

Mən maliyyə naziri Samir Şərifovun bu cür açıqlamasına qarşıyam. Hesab edirəm ki, Nazirlik bu məsələyə aydınlıq gətirməlidir. Şəxsən mən nazir Samir Şərifovun dedikləri ilə qətiyyən razı deyiləm. Əgər doğrudan da belə bir proses var idisə, o zaman Milli Məclisdə Dövlət Büdcəsi məsələsi müzakirə olunan zaman bu açıqlanmalı idi. Biz 15 günə yaxın müzakirələr apardıq və manatın dayanıqlığını təsdiq etdik. Bəs belə söhbət var idisə, nə üçün nazir bunu açıqlamırdı? Bu gün dayanıqlı manat Azərbaycana çox lazımdır. Bu çox ciddi məsələdir. Bu gün əhali arxayındır ki, onun vəsaiti sabit məzənnədə saxlanılır. Ona görə də  hesab edirəm ki, Maliyyə Nazirliyi bu məsələyə əlavə şərh verməlidir".  

Xatırladaq ki, maliyyə naziri Samir Şərifovun "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” kimi verdiyi açıqlama ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol