• $
  • €
  • ₽
  • ₺
  • £

Valyuta bazarında tarazlıq qorunur - MÜZAKİRƏLƏR

Valyuta bazarında tarazlıq qorunur - MÜZAKİRƏLƏR
15.12.2018 10:04
Maliyyə Sabitliyi Şurasının bu ilin ilk doqquz ayının yekunlarına həsr edilmiş iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumata görə, iclasa ölkənin baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik edib.
İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib.

Müzakirələr zamanı qeyd edilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub-saxlanıb, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib. Cari ilin doqquz ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə bir faiz artıb. Qeyri-neft sənayesində 10,8%, kənd təsərrüfatında 4,3%, informasiya və rabitə xidmətlərində 7,7%, ticarətdə 2,7%-lik artıma nail olunub.

İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10,1 milyard manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20,2%, qeyri-neft sənayesi üzrə isə 24,4% artıb. Əhalinin gəlirləri 9,5% artmaqla inflyasiyanı 6,9% üstələyib.

2018-ci ilin doqquz ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Cari əməliyyatlar hesabının profisiti 5,1 mlrd. ABŞ dolları olmaqla, ÜDM-in 15%-ni təşkil edib. Tədiyyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı, qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərib.

Xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin doqquz ayında valyuta bazarında tarazlıq qorunub, milli valyutanın məzənnəsi sabit qalıb. Ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7,6% və ya 3,2 mlrd. ABŞ dollar artaraq, 45 mlrd. ABŞ dolları ötüb. 

2018-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 101,3%, xərcləri isə 98% icra olunub. Dövlət büdcəsinin 423,7 mln. manat məbləğində artıqlığı (profisit) yaranıb. Dövlət investisiyalarının artması iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayıb.

2018-ci ilin üçüncü rübündə fiskal islahatlarla bağlı bir sıra mühüm qanunvericilik aktları ("Yeni Büdcə Qaydaları”, "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi və "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”) təsdiq edilib. 2019-cu il üçün dövlət büdcəsinin layihəsi büdcə qaydalarına uyğun tərtib edilib.

Həyata keçirilən effektli makroiqtisadi siyasət şəraitində 2018-ci ilin doqquz ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2,6% təşkil edib.

Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla, pul siyasəti yumşaldılıb, uçot dərəcəsi mərhələli şəkildə endirilib. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənib, 2018-ci ilin doqquz ayında manatla geniş pul kütləsi 8,3% artıb.
Bank sektoru tərəfindən doqquz ayda iqtisadiyyata kredit qoyuluşları 4,6%, fiziki şəxslərin depozitləri 8,4% artıb. 

Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də, dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Maliyyə Sabitliyi Şurası ölkə prezidentinin 15 iyul 2016-cı il tarixli fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılıb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol