• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə xəbərdarlıq: duracaqlardakı nəzarətçilərə pul verməyin!

Sürücülərə xəbərdarlıq: duracaqlardakı nəzarətçilərə pul verməyin!
21.10.2014 15:52

Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə, pulu parkomatlara daxil etmək əvəzinə onları mənimsəyən nəzarətçilər cəzalandırılır, işdən çıxarılır, bəziləri isə hətta cinayət məsuliyyətinə cəlb edilirlər.

Bunu "Trend"-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) rəisinin müavini Lətif Axundov deyib.

Onun sözlərinə görə, bəzi hallarda nəzarətçilər sürücülərdən pulu alıb parkomata daxil etmək əvəzinə özlərinə götürürlər: “Biz bununla bağlı dəfələrlə vətəndaşlara da, işçilərimizə də xəbərdarlıq etmişik. Bununla əlaqadar İdarədə daxili nəzarət qrupu yaradılıb. Onlar əraziləri gəzib belə qanunsuzluqları üzə çıxarırlar. Bir daha vətəndaşlara, sürücülərə bəyan edirik ki, parkomatlara nəzarət edən işçilərə pul verməsinlər. Xahiş edirik, vətəndaşlar zəhmət çəkib ödəməni özləri aparsınlar”.

L.Axundov qeyd edib ki, bununla əlaqədar dəfələrlə işçilərə tənbeh və cəzalar tətbiq olunub: “Hətta cinayət tərkibi olan hallarda polisə müraciət olunub. Bəzi işçilərə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin nəticə çıxarmadıqlarına görə işdən azad ediliblər. Belə nümunələr çoxdur. Həftədə ən azı 3-5 belə hal olur”.

XTAİ-nin rəis müavini bildirib ki, çox zaman bəzi sürücülər özləri qaydalara məhəl qoymur və ödəmələri həyata keçirməkdən imtina edirlər. Ödəməni tələb etdikdə isə nəzarətçilərə qarşı kobud rəftar edirlər. L. Axundov deyib ki, onların əməllərindən utanması və ictimai qınaq obyektinə çevrilməsi məqsədilə belə şəxslərin adları, avtomobillərinin marka və nömrələri mütəmadi olaraq ictimaiyyətə açıqlanır və bundan sonra da açıqlanacaq.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol