• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib
25.12.2018 15:46
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 25-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov KİV nümayəndələrinə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Nazir müavini vergi qanunvericiliyinə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə mühüm dəyişikliklər edildiyini diqqətə çatdırıb. 

Anews.az xəbər verir ki, Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev Vergi Məcəlləsinə dəyişikliklərin əsas istiqamətlərinə həsr olunmuş təqdimatla çıxış edib. Bildirib ki, dəyişikliklər 5 əsas istiqaməti əhatə edir. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir. Təqdimat zamanı bu istiqamətlərin hər biri üzrə əsas dəyişikliklər və onların mahiyyəti barədə məlumat verilib. 

Sonra vergilər nazirinin müavini Sahib Ələkbərov, vergilər nazirinin müşaviri Xəqani Abdullayev, Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva və İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov KİV nümayəndələrinin suallarını cavablandırıblar.
 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol