Marketlərdə polietilen torbalar pulla satılır? - AÇIQLAMA

Bir neçə gündür ki, sosial şəbəkələrdə bəzi marketlərdə polietilen torbaların ödənişli satılması barədə məlumatlar paylaşılır.
İddialara görə, mağazalarda alış-veriş edən əhaliyə sellofan torbalar beş-on qəpiyə satılır.
"Biz torbaların mağazalarda pulla satılmasının tərəfdarıyıq. Amma onların qiymətini biz müəyyən etmirik. Sosial şəbəkələrdə marketlərdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlərə yazılsa da, mağazalarda torbaların pulla satışına də rast gəlinməyib”.
Nazirlik rəsmisi bildirib ki, sellofan torbalar təbiətə çox ziyan vurur:
"Bu torbalar istifadə edildikdən sonra ətraf ərazilərdə və yol kənarında xoşagəlməyən mənzərə yaradır. Biz ətraf mühitin qorunması üçün insanların alış-verişlərdə parça torbalardan istifadə edilməsini tövsiyə edirik”.
İradə İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb:
"Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib.
Təbiəti qorumaq, ona sevgi ilə yanaşmaq hamımızın borcudur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























