• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell təhsil və karyera sərgilərində iştirak edib - FOTOLAR

Bakcell təhsil və karyera sərgilərində iştirak edib - FOTOLAR
16.10.2014 16:39
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Bakıda keçirilən 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgisində uğurla iştirak edib.3 gün davam edən sərgidə nümayiş olunan Bakcell stendi və təşkil olunan müsabiqə, sorğu və s. tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bununla yanaşı, “Bakcell”də hazırda mövcud olan 14 vakansiya barədə məlumat verilib, eyni zamanda stendin ziyarətçiləri arasında müsabiqə keçirilib. Müsabiqədə Bakcell, şirkətin həyata keçirdiyi layihələr, əmək qanunvericiliyi, kadrların idarə olunması və s. ilə bağlı suallara cavab verən 24 sərgi iştirakçıya xüsusi hədiyyələr təqdim olunub.Sərgi zamanı Şirkətin təqdim etdiyi vakansiyalara 300-dən artıq müraciət daxil olub. Hazırda elan olunmuş vakansiyalara uyğun gələn müraciətlərə “Bakcell”in insan resursları şöbəsi tərəfindən baxılır.Sərgi iştirakçıları arasında keçirilənnn məşğulluq sorğusunda 200-dən çox ziyatərçi iştirak edib və “Bakcell”də işəgötürmə prosesi, özlərinin əməkhaqqı gözləntiləri, sosial statusu, yaşı, maraqlandıqları sahə və s. ilə bağlı sulları cavablandırıblar.Müxtəlif sərgilər zamanı həyata keçirilən bu cür sorğuların nəticələri təhlil olunaraq Şirkətin işə qəbul prosesinin təkmilləşdirilməsi üçün istifadə olunur.Qeyd edək ki, “Təhsil” və “Karyera” sərgiləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.Bakcell şirkəti Azərbaycanın ən böyük işə götürənlərindən biridir. Şirkət peşəkarların işə cəlb olunması, eyni zamanda tələbə və gənclərin karyeraya başlaması üçün müxtəlif layihələr həyata keçirir. “Bakcell”in “Smart Start” adlı təcrübə bu proqramı bu yaxınlarda uğurla başa çatıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol