• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Beynəlxalq Bankı" Milli KSM Mükafatına layiq görüldü

"Azərbaycan Beynəlxalq Bankı" Milli KSM Mükafatına layiq görüldü
28.05.2020 23:40
Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin qaliblərindən olub. Bank ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədilə onların iştirakı ilə reallaşdırdığı www.kitabidinle.az layihəsinə görə Milli KSM Mükafatı qazanıb. Bu layihə "Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi” seçilib. Yanvarın 29-da Bakı Konqres Mərkəzində keçirilən təqdimetmə mərasimində Milli KSM Mükafatı Azərbaycan Beynəlxalq Bankına təqdim olunub.

Qeyd edək ki, KSM layihələri üzrə ümumrespublika müsabiqəsi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, PROAKTİV PR şirkətinin, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin, eləcə də bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələr bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən anonim olaraq qiymətləndirilib və ilin layihələri seçilib. 

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: "Azərbaycan Beynəlxalq Bankı KSM layihələrinə hər zaman böyük önəm verir. Ötən il həyata keçirdiyimiz layihələrdən birinin Milli KSM Mükafatına layiq görülməsi bizim üçün çox böyük uğurdur. Biz bu mükafatı ilin layihəsi seçilmiş "Kitabı dinlə” layihəsinə iştirakları ilə dəyər qatan gənclərimizlə birgə qazanmışıq. Onları da bu münasibətlə təbrik edirik. Bu cür faydalı layihələrimiz gələcəkdə də davam etdiriləcək”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol