• $
  • €
  • ₽
  • ₺
  • £

"Bank Respublika" daha bir mükafata layiq görüldü!

"Bank Respublika" daha bir mükafata layiq görüldü!
29.05.2020 06:10
Yanvarın 29-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi tərəfindən  ölkəmizdə ilk dəfə olaraq təşkil olunan "Milli KSM Mükafatı 2018” müsabiqəsinin Qala Gecəsi keçirilib.  
Müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri son 2 ildə həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komisiya tərəfindən müəyyən edilib.

2018-ci ildə sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən Bank Respublika, ötən il Novruz bayramı ərəfəsində ölkəmizin müxtəlif regionlarında yerləşən uşaq evləri və internat məktəblərində həyata keçirdiyi "Şən Çərşənbə” layihəsi Milli KSM mükafatına layıq görülüb!
Layihə çərçivəsində bankın əməkdaşları Novruz bayramının hər çərşənbə axşamı Şəki, Lənkəran və Gəncə şəhərlərində yerləşən uşaq evlərində balaca fidanlar üçün Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edib, onlara bayram sovqatları paylayıblar.

Bankdan verilən məlumata əsasən Bank 2019-cu ildə də  "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində kimsəsiz uşaqların, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol