Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı

Gürcüstanın əsas qaz təchizatçısı olan "SOCAR Georgia Gas" pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifləri artırır.
Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, martın 1-dən qüvvəyə minəcək yeni tarifə əsasən, qazın qiyməti 10,5 faiz artırılaraq ƏDV də daxil olmaqla 1 kub metrə görə 0,95 lari təşkil edəcək.
SGG-nin yaydığı məlumatda qeyd edilir ki, qiymət dəyişikliyi milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə əlaqədardır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























