• $
  • €
  • ₽
  • ₺
  • £

"Unibank" 2018-ci ili mənfəətlə başa vurub

"Unibank" 2018-ci ili mənfəətlə başa vurub
31.01.2019 15:11
"Unibank” KB ASC 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. Bank maliyyə hesabatlılığı sahəsində İFRS 9 standartına tam keçid edib və 2018-ci ilin maliyyə nəticələri bu standart əsasında hazırlanıb. 

"Unibank” KB İdarə heyətinin sədri Faiq Hüseynov hesab edir ki, 2018-ci il Unibank üçün uğurlu illərdən biri kimi yadda qalacaq: "Əgər ilin nəticəsini bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, səhmdarların yaxından dəstəyi ilə Unibank komandası 2018-ci il üçün qarşısında qoyulmuş bütün hədəflərə nail oldu. Beynəlxalq maliyyə standartlarına (İFRS 9) əsasən, ötən il 30 milyon manat mənfəət əldə edilib. Biz bunu yüksək göstərici kimi qiymətləndiririk”.  

Hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. Əvvəlki 3 illə müqayisədə, 2018-ci ildə daha aktiv kreditləşmə aparılıb. İl ərzində müştərilərə verilmiş kreditlərin artımı 152 milyon manat təşkil edib. Cəmi kredit portfelində artım isə ilin əvvəli ilə müqayisədə 18% olub.  

Unibank ənənəvi olaraq real sektora dəstəyini davam etdirir. Bank ötən il ərzində kiçik, orta sahibkarlıq, mikro, eləcə də böyük korporativ şirkətlər daxil olmaqla, biznesə 100 milyon manatdan çox kredit ayırıb. 

Keçən il ərzində debet kartların sayında 25% -dən çox artım olub.

2018-ci il ərzində bankın depozit portfeli  22% artaraq,  ilin sonuna 305 milyon manatı ötüb.

Ötən il Unibank üçün rəqəmsal bankçılıq sahəsində də uğurlu olub, müştərilərə bir sıra yeni məhsul və xidmətlər təqdim edilib. Unibankın mobil bank əlavəsi "ən yaxşı mobil əlavə NETTY2018 " Azərbaycanın Milli internet mükafatını alıb. Bank, Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci ilin nəticələri üzrə "İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasının qalibi olub. 

Sosial layihələr Unibankın diqqət mərkəzindədir. Bu fəaliyyətinə görə, Unibank ölkəmizdə ilk dəfə keçirilən "Milli KSM mükafatı - 2018” müsabiqəsində "İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi seçilib.

Unibank 2019-cu ilin ölkəmiz üçün pozitiv dəyərləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank, bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq. 

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol