Vahid Əhmədov: Bank sistemi tam çökə bilər

Deputat Vahid Əhmədov "Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.
O, çıxışında vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb.
"Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”, - deyə deputat bildirib.
oxu.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























