• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Ağalarov: “Dollar durmadan bahalaşır, maaşlar dalınca yetişə bilmir...”

Araz Ağalarov: “Dollar durmadan bahalaşır, maaşlar dalınca yetişə bilmir...”
04.02.2019 09:04
Bu günlərdə Rusiyada "Levada” ictimai rəyi öyrənmə mərkəzi araşdırıb ki, ölkənin düzgün istiqamətdə getmədiyini düşünənlərin sayı bunun əksini düşünənlərin sayını üstələyib. (45 faiz və 42 faiz). Sonuncu dəfə rusiyalılar arasında belə əhval 2006-cı ildə hökm sürürdü. 

Virtualaz.org xəbər verir ki, "Komsomolskaya pravda” bu mövzunu azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovla müzakirə edib.

Biznesmen deyib ki, yaranmış vəziyyətdə hansısa radikal dəyişikliklər təklif etməyə dəyməz. Və əhalinin bu cür pessimizmə qapılması iqtisadiyyatla, iqtisadi problemlərlə əlaqəlidir.

"İstənilən iqtisadiyyatın əsası sabitlikdir. Siz daim dəyişən parametrlərlə üzləşirsinizsə heç vaxt heç nəyi proqnozlaşdıra, layihələşdirə bilməyəcəksiniz. İstənilən stabilliyin əsası isə milli valyutanın məzənnəsidir. Məzənnə gah 70-ə qalxır, gah 65-ə qədər geriləyir. Mən demirəm ki, məzənnə konkret necə olmalıdır, əsas odur ki, stabil olsun. Budur, hazırda 1 dollar 66 rubl ətrafında tərəddüd edir. Və hər gün yarım faiz qalxır və düşür. Niyə?”-Ağalarov sual edib.


Biznesmen deyib ki, Rusiyada müsbət ticarət saldosu var. Hər gün Mərkəzi Bank birjadan valyuta alır. "Bunu rublun məzənnəsinin stabil olmasını nəzərə almaqla eləmək olar. Və onda stabil məzənnəyə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi və insanların maaşları da uyğunlaşacaq. İndi isə maaşlar daim dəyərdən düşən rublun arxasınca yetişə bilmir. Ötən il rubl 15 faizdən çox dəyərdən düşüb. Və bütün bunlar neqativ əhvala gətirib çıxarır”-Araz Ağalarov qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol