• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti  ilə görüş keçirilib
19.02.2019 10:00
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Azərbaycanla AİB arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri, bu çərçivədə həyata keçirilən  elektrik şəbəkəsinin yenidən qurulması, üzən günəş panelləri sistemi ilə bağlı enerji layihələri barədə danışaraq, bankın ölkəmizin enerji sektoruna dəstəyini yüksək qiymətləndirib. 

Anews.az xəbər verir ki, Energetika naziri ölkənin bərpa olunan enerji potensialı və ondan istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, yaxın illərdə enerji istehsalında bərpa olunan enerjinin payının artırılması imkanları barədə ətraflı məlumat verib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlər ölkəmizdə bərpa olunan enerji sektorunda əməkdaşlığa maraq göstərir. Xarici investisiyanın cəlbinə nail olmaq üçün  əllverişli mühitin yaradılması vacibdir. 

Aşok Barqava bərpa olunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirilib ki, bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerjisidən istifadə, eləcə də enerji səmərəliliyi üzrə layihələrdə iştirak bankın diqqətindədir. Bank bu məqsədlə həyata keçiriləcək layihələrə texniki və maliyə dəstəyi göstərməyə hazırdır. 
Görüşdə  əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol