Kredit borcu olanlara şad xəbər

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı
müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair
göstəriş verildiyini bildirib. Məsələ ilə bağlı iki aydan çox müddətdə
iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının
yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol
oyanacağını vurğulayıb.
Hökumətdəki mənbə problemli kreditlərlə bağlı Modern.az-a bəzi
detallar barədə danışıb: "Ölkə başçısının müvafiq göstərişinə əsasən,
problemli kreditlər məsələsinin həlli istiqamətində hökumət üzvləri
tərəfindən keçən ildən başlayaraq çox fəal iş aparılır və təkliflər
paketi hazırlanıb. Bu məsələ ətrafında ciddi problemlər var. Elə adam
var ki, bankdan 3 min dollar, eləsi də var ki, 50 min dollar kredit
götürüb. Məhz kreditin məbləğinə uyğun olaraq vətəndaşa güzəştlər
ediləcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























