• $
  • €
  • ₽
  • ₺
  • £

Neft şirkətində kütləvi ixtisar: 46 nəfər işdən çıxarıldı

Neft şirkətində kütləvi ixtisar: 46 nəfər işdən çıxarıldı
04.10.2014 10:23

Elşən İsayev: “Bizi aldadaraq yeni müqaviləyə imza atdırdılar və bununla da köhnə müqaviləyə xitam verilmiş oldu”“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Abşeron Qazma Şirkəti” MMC 46 işçisini işdən azad edib. Onların sırasında mən də varam. Biz  məsələ ilə bağlı Prezident Administrasiyasının qəbul otağında olub şikayətimizi bildirdik”. ANN.Az-ın verdiyi xəbərə görə, bu sözləri “Bizim Yol”a Elşən İsayev bildirib. Onun sözlərinə görə, işdən azad olunmuş 46 nəfərlə şirkət tərəfindən 2014-cü ilin martın 3-də bir illik müqavilə bağlanıb: “Biz “Ümid” platformasında çalışırdıq. İki quyu qazmışıq. Həmin quyular yüksək göstəricilərlə işləyir. Bizi buna görə mükafatlandırıblar da. Bizim işdən çıxarılmağımızın səbəbi isə özümüzə məlum deyil. Bizi aldadıblar, aldadaraq yeni müqaviləyə imza atdırıblar. Bununla da köhnə müqaviləyə xitam verilmiş olub. Hazırda 46 nəfər işsiz qalıb. Onların sırasında qazmaçı, elektirik, maşinist, mühəndis və başqa mütəxəsislər var. Hazırda “Ümid” platformasında yataqlar işləyir, işin gedişində problem yoxdur”.Elşən İsayev deyir ki, Prezident Administrasiyasından onlara problemi həll etmək ixtiyarında olmadıqlarını bildiriblər: “Bizə deyildi ki, hüquqlarımızı bərpa etməyin bircə yolu var, o da məhkəmədir. Bizə məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Ancaq bunun üçün hüquqi əsasımız və maddi imkanımız yoxdur. Bizi aldadıb müqaviləyə qol çəkdirdiklərini sübut etmək çətindir”.ANN.AZ

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol