• $
  • €
  • ₽
  • ₺
  • £

"Kapital Bank" BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb

"Kapital Bank" BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
05.03.2019 10:10
Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı 4 mart 2019-cu il tarixində Kapital Bank-ın baş ofisində tərəflər arasında tədbir keçirilib. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev iştirak edib.

İki qurum arasında baş tutacaq ilk layihə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan "İtirdiyimiz qızlar” adlı ictimai vəkillik kampaniyası olacaq. Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq.

"Biz korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq il ərzində bir sıra layihələr həyata keçiririk. Təbii ki, bu tip layihələr cəmiyyət üçün əhəmiyyətli məna kəsb edəcək bir siqnal olmalıdır, insanları düşündürməlidir. BMT-nin Əhali Fondu ilə əməkdaşlığımız nəticəsində də maarifləndirici layihələri təqdim etməyi düşünürük. Memorandum çərçivəsində həyata keçirilən ilk layihəmiz 8 mart ərəfəsində təqdim olunacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov bildirdi.

"Azərbaycanın bank sektorunun liderindən biri ilə memorandumun imzalanması Dayanaqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində dinamik və inklyuziv strateji əməkdaşlığa zəmin yaradacağına əminəm. Korporativ sosial məsuliyyət çərçivəsində gender bərabərliyi və demoqrafiyanın inkişafına həssaslıq göstərən və BMTƏF fəaliyyətinə töhfə verdiyi üçün Kapital Bank-a minnətdarlığımı bildirirəm”, - deyə, BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev bildirdi.

Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol