• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditə görə kompensasiyaların veriləcəyi tarix açıqlandı – Detallar

Kreditə görə kompensasiyaların veriləcəyi tarix açıqlandı – Detallar
05.03.2019 20:47
Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman 800 mindən çox insanı əhatə edəcək. Vətəndaşlarda kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı bəzi suallar yaranıb.
İqtisadçı ekspert Vüqar Bayramov fərmanla əlaqədar yaranan bir sıra suallara aydınlıq gətirib.

Vüqar Bayramov– Kompensasiyaların ödənilməsinə nə vaxtdan başlanılacaq?
– Fərmana əsasən, vətəndaşlara kompensasiyanın verilməsi ilə bağlı mexanizmin hazırlanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına 15 gün vaxt verilib. 45 gün ərzində Palata kompensasiya alacaq şəxslərin siyahısını, eyni zamanda məbləğləri hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirlik həmin siyahını təsdiq etdikdən sonra vətəndaşlara kompensasiyanın ödənilməsi prosesinə başlanılacaq. Yəni ödənişlər aprel ayının ikinci yarısından mayın 28-dək davam edəcək.
– Vətəndaş özü banka müraciət etməlidir, yoxsa banklar onlara məlumat verməlidir?
– Kommersiya bankları özləri vətəndaşlarla əlaqə saxlayıb, onları kompensasiyanın verilməsi ilə bağlı banka dəvət edəcək. Əgər vətəndaşın kompensasiya almaq hüququ varsa, kommersiya bankı tərəfindən onunla əlaqə saxlanılmayıbsa, o zaman vətəndaş özü bankla əlaqə saxlaya bilər.
– Kompensasiya alacaq şəxs ödənişin həyata keçirildiyi vaxtda ölkədə olmazsa, o, bu hüququnu itirmiş olur?
– Əgər kompensasiyalar ödənildiyi vaxtda vətəndaş ölkədə olmazsa, bu zaman ödənişə fərdi müraciət kimi yanaşıla bilər. Həmin şəxs başqa birinə vəkalətnamə verə bilər. Bu zaman vətəndaşa ödənilməli olan vəsaiti vəkalət verilmiş şəxs ala biləcək. Lakin proses ödənişlərin həyata keçirilməsinə başlandığı vaxtda bank vətəndaşın mövcud əlaqə vasitələri ilə əlaqə saxlaya bilməzsə, bu zaman ona ödəniş edilməyəcək. Həmin dövrdə Azərbaycanda olmayacaq şəxslər vəkalətnamə verib, əlaqə nömrələrini düzgün göstərməklə hüquqlarından yararlana biləcək. Çünki burada əsas məsələ əlaqə vəsaitələrinin doğru olmasıdır.
– Vətəndaş kompensasiya ödənilərkən kommersiya bankları tərəfindən aldanılmamaq, ödəniləcək vəsaitin doğru hesablanması üçün nələr etməlidir?
– Öncəliklə qeyd edim ki, proses elektronlaşacaq. Vətəndaşların aldadılma faizi minimumdur. Maliyyə Bazarına Nəzarət Palatasının saytında vətəndaşlar üçün onlara ödəniləcək məbləği doğru hesablamaq üçün kalkulyator yerləşdirilib. Vətəndaş banka getmədən ona ödəniləcək vəsaiti hesablaya bilər, bununla da aldadılma ehtimalı aradan qalxar. Lakin bununla yanaşı bildirməliyəm ki, Maliyyə Bazarına Nəzarət Palatası fərmanın icrası ilə bağlı aktivdir. Hətta bazar günü palata əməkdaşları kalkulyator üzərində işləyib. Palatanın mövqeyi və prosesə yaxınlaşması müsbət haldır. Bu qurum prosesdə nəzarətçi olduğuna görə bankların vətəndaşları aldatmağa cəhd göstərməyəcəyi güman edilir. Bütün bunlarla yanaşı vətəndaş əvvəldən onlara ödəniləcək məbləğlə bağlı məlumatlı olmalıdır. (Publika.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol