• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri ilə görüşüb

Energetika naziri ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri ilə görüşüb
06.03.2019 12:08
Energetika Nazirliyində ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Energetika naziri Pərviz Şahbazov iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rolunu qeyd edib. Bildirilib ki, indiyə kimi Azərbaycan neftinin əsas alıcılarından biri olan İtaliyaya Cənub Qaz Dəhlizi vasitəsilə həm də qaz ixrac ediləcək. TAP layihəsinin icra vəziyyətinin qənaətbəxş səviyyədə olduğu və bu kəmərin reallaşmasında İtaliya hökumətinin mövqeyi yüksək qiymətləndirilib. Nazir deyib ki, TAP kəməri ilə İtaliyaya təkcə yeni mənbədən qaz daxil olmayacaq, həm də təbii qazın istehlakçılar üçün münasib qiyməti formalaşacaq, dekarbonizasiya hədəfinə töhfə veriləcək.
Paolo Qrimoldini TAP kəmərini hər iki ölkənin maraqlarına cavab verən layihə kimi qiymətləndirib. Onun sözlərinə görə, TAP təkcə iqtisadi deyil, həm də siyasi əalqələrin inkişafını təmin edəcəkdir. "İtaliya Azərbaycanda enerji və texnologiya sahələrinə investisiya yatırmaqda, bu istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”, deyə ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri əlavə edib. 

Söhbət zamanı İtaliya şirkətlərinin digər sahələrdə də fəaliyyətinə toxunulub, Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi parılıb. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol