• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar keçirilib

Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar keçirilib
11.03.2019 10:29
Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) Bakıda Kapital Bank və Paşa Bank-ın tərəfdaşlığı ilə seminarlar keçirib. 

6 mart 2019-cu il tarixində keçirilən seminar "Ticarətin Maliyyələşdirilməsi” mövzusunda olub. Seminar iştirakçılarına ticarətin maliyyələşdirilməsinin məqsədi, nə zaman istifadə olunması, çirkli pulların yuyulması hadisələri, sənədli kreditlər, akkreditivlər, bank zəmanətləri, onların uyğunluq prinsiplərinin tətbiq edilməsi, Blockchain və digər mühüm məsələlər barədə ətraflı məlumat verilib. Günün sonunda iştirakçıların sualları beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb. 

7 mart 2019-cu il tarixində olan seminar isə "Maliyyə Cinayətləri və Komplayens” mövzusunu əks etdirib. Seminarın iştirakçıları maliyyə cinayətləri ilə mübarizə sahəsində zəruri normativ tələblər, adekvat daxili təşkilatın mövcudluğunun, o cümlədən müştərilər üçün risklərin müəyyən olunması və azaldılması üçün "üç müdafiə xətti” prinsipinə əməl olunmasının vacibliyi haqqında öyrənib, həmçinin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində yeni tendensiyalar və standartlarla tanış olub. 

Azərbaycan iqtisadiyyat baxımından Cənubi Qafqazın ən böyük inkişaf etmiş ölkəsidir. "Cənub Qaz Dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bütün dünyadan investisiyaları cəlb edir və eyni zamanda beynəlxalq ticarətin və iştirakçı ölkələrin iqtisadi inkişafına xidmət edir. 

Beynəlxalq arenada sürətlə nüfuz yığan Azərbaycan regionun iri nəqliyyat və maliyyə mərkəzinə çevrilib. Bu səbəbdən də maliyyə sektorunun iştirakçıları üçün bu kimi tədbirlərin keçirilməsi, son tendensiyalar və öncül metodikalar barədə biliklərin əldə olunması vacibdir. Bu da öz növbəsində ölkənin qeyri-neft sektorunun inkişafına və strateji yol xəritəsinin məqsədlərinə nail olmasına öz töhfəsini verir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol