• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı qadın sahibkarları mükafatlandırdı!

Azərbaycan Beynəlxalq Bankı qadın sahibkarları  mükafatlandırdı!
11.03.2019 15:31
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində ölkəmizdəki qadın sahibkarların forumu keçirilib. Müxtəlif dövlət qurumlarından, ictimai təşkilatlardan nümayəndələrin iştirak etdiyi toplantıda Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub. Forumda Assosiasiyanın reallaşdırdığı "Cümhuriyyətdə 100 qadın”  Korporativ Sosial Məsuliyyət layihəsində fəal iştirakına görə 14 qadın sahibkara Azərbaycan Beynəlxalq Bankının mükafatları təqdim olunub. 

Forumda qeyd edilib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafında qadın sahibkarların rolu çox önəmlidir. Sahibkarlıq sahəsində onların fəallığının artırılması qadınların məşğulluğunun, iqtisadi müstəqilliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Qadınların öz biznes layihələrini uğurla reallaşdıra bilmələri üçün maliyyə vəsaitlərinin onlar üçün əlçatanlığının vacibliyi xüsusi vurğulanıb.   

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, hazırda bankın korporativ müştəriləri arasında xeyli sayda qadın sahibkar var. Onların sayının getdikcə artması çox sevindiricidir: "Azərbaycan Beynəlxalq Bankı olaraq biz kiçik və orta sahibkarlıq subyektlərinə onlar üçün çox sərfəli şərtlərlə fəal maliyyə dəstəyi veririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər bir qadın sahibkar da bankın ayırdığı maliyyə vəsaitlərindən istifadə edərək öz potensialını reallaşdıra bilər. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində yaxın gələcəkdə sırf qadın sahibkarlar üçün maraqlı layihələrimiz olacaq. Çalışacağıq ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan hər bir xanım sahibkar faydalana bilsin”.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol