• $
  • €
  • ₽
  • ₺
  • £

Monteneqro bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq niyyətindədir

Monteneqro bərpa olunan enerji sahəsində  Azərbaycanla əməkdaşlıq niyyətindədir
13.03.2019 15:01
Energetika Nazirliyində Monteneqronun "Adriatic Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə "Adriatic Capital” şirkəti vasitəsilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

"Adriatic Capital” şirkətinin baş icraçı direktoru Marko Vuyoviç Monteneqroda alternativ və bərpa olunan enerji sektorunun mövcud vəziyyəti, bu sahədə şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr haqqında məlumat verib. Bildirilib ki, "Adriatic Capital” şirkəti layihələndirilmə, maliyyələşdirilmə, tikinti və istismar xidmətləri üzrə fəaliyyət göstərir və Monteneqro ilə yanaşı Serbiya, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə külək parkları, su və günəş elektrik stansiyalarının tikintisində iştirak edib.  Marko Vuyoviç şirkətin Azərbaycanda yüksək bərpa olunan enerji mənbələri potensialına malik ərazilərə baxış keçirildiyini və ölkəmizdə külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlı olduqlarını bildirib.

Energetika nazirinin müavini Elnur Soltanov ölkədə fəaliyyət göstərən günəş və külək elektrik stansiyaları barədə məlumat verib. Azərbaycanın bərpa olunan enerji sahəsinin, xüsusilə külək və günəş enerjisinin inkişafı üzrə mövcud potensialın və investisiya imkanlarının qiymətləndirilməsi, bərpa olunan enerji  və enerji səmərəliliyi üzrə qanunvericilik sənədlərinin hazırlanması, müxtəlif şirkətlərlə, maliyyə qurumları ilə əməkdaşlıq, bu sahənin özəl investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Görüşdə bərpa olunan enerji sahəsinin inkişafı üzrə Energetika Nazirliyi ilə anlaşma memorandumunun imzalanması və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində danışıqların aparılmasına dair müzakirələr aparılıb.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol