• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz” layihəsi çərçivəsində yeni müqavilələr imzalandı

“Şahdəniz” layihəsi çərçivəsində yeni müqavilələr imzalandı
01.10.2014 15:01
“Şahdəniz” konsorsiumu Mərhələ 2 işlənmə layihəsinin irəliləyişi çərçivəsində bu yaxınlarda daha iki xidmət müqaviləsini imzalayıb.Konsorsiumun operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, sualtı axın xətlərinin örtüklənməsi və ilkin sualtı ixrac xəttinin örtüklənməsi işlərini əhatə edən bu müqavilələr “Bredero Shaw International B.V.” şirkəti ilə imzalanıb. Müqavilələrin dəyəri təxminən 200 mln. ABŞ dolları həcmindədir. Örtüklənmə işlərinə 2014-cü ilin sonlarında başlanacaq ki, 2015-ci ilə planlaşdırılan sualtı boru kəmərlərinin inşasının birinci mərhələsi üçün və 2018-ci ilə planlaşdırılan ikinci mərhələsi üçün örtüklənmiş borular təmin olunsun. Ötən ilin dekabr ayında yekun investisiya qərarı verildikdən bu vaxtadək “Şahdəniz 2” layihələri üzrə işlərdə yaxşı irəliləyiş olub. Ümumilikdə artıq  9 mlrd. dollar dəyərində əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalanıb. Bu müqavilələr üzrə Azərbaycan və Gürcüstandakı əksər tikinti sahələrində ilkin işlər də artıq başlanıb. Qeyd edək ki, “Şahdəniz” Mərhələ 2 layihəsi Xəzər dənizində yerləşən nəhəng “Şahdəniz” yatağından ildə 16 mlrd. kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3 500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı və Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilin sonlarına nəzərdə tutulub; Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol