Azercell daha bir uğura imza atdı

"Azercell Telekom” MMC Day.Az Media Şirkətinin "Xalq seçimi” mükafatında " Ən yaxşı mobil operator” adına layiq görüldü
Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom” MMC uğurlu fəaliyyətinin nəticəsi olaraq daha bir mükafata layiq görülüb. Day.Az Media Şirkətinin "Xalq seçimi” Mükafatının nəticələrinə əsasən, Azercell 2018-ci ilin " Ən yaxşı mobil operator” sorğusunun qalibi elan edilib. Day.az Media Şirkətinin oxucuları arasında keçirdiyi sorğuda Azercell 55,7 faiz səslə telekommunikasiya sahəsi üzrə birinci olub.
Azercell-in mobil telefon
istifadəçilərinin etimadını qazanması təsadüfi deyil. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin
yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi,
ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin
olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin
tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil
texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən
layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı
qazanmasına əsas verib. Müştəri məmnuniyyətini hər zaman üstün tutan
Azercell, abunəçilərinin rahatlığını düşünərək 2018-ci ildə
16 yeni konsepsiyalı Azercell Eksklüziv mağazasını istifadəyə təqdim edib və
ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























