İki qurumun bir qanun layihəsi davası - Razılığa gələ bilmirlər

"Banklar haqqında” qanuna dəyişiklikləri nəzərə tutan qanun layihəsi ətrafında müəmmalar davam edir.
Oxu.Az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi palamentin hələ martın 29-da keçirilən iclasının gündəliyinə salınsa da, son anda gündəlikdən geri çəkilmişdi.
Belə ki, Mərkəzi Bank bu səlahiyyətin onlara aid olduğunu bildirərək, belə bir dəyişikliyə etirazını bildirmiş və nəticədə də dəyişiklik layihəsi 29 mart iclasının gündəliyindən çıxarılmışdı.
MM-dən əldə etdiyimiz son məlumata görə, qalmaqallı qanun layihəsi dünən yenidən 9 aprel iclasının gündəliyindən çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























