• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb

Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb
08.04.2019 11:58
2019-cu ilin I rübü ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb. Bunlardan 22-i təbii qaz, 24-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 6 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib. 

Nazirlik tərəfindən Ağsu, Ağdaş, Cəlilabad, Lənkəran, Zaqatala və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 8 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib. 

Rüb ərzində Quba, Mingəçevir, İmişli, Şabran, Qazax, Şəki və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 11 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 9 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Bundan əlavə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib və bütün qərarların "ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol