• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Agentliyi və Azərbaycan Beynəlxalq Bankı “Startap günləri” layihəsinə başladı

Dövlət Agentliyi və Azərbaycan Beynəlxalq Bankı “Startap günləri” layihəsinə başladı
29.05.2020 04:07
İndiyə qədər müştərək layihələrlə bir sıra faydalı təşəbbüslərə imza atmış Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə "Startap günləri” layihəsinə başlayır. Aprelin 8-də Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən mətbuat konfransında layihə ictimaiyyətə təqdim olunub. 

Bu təşəbbüs universitet tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində ölkəmizdəki ayrı-ayrı universitetlərdə "Startap günləri” keçiriləcək. Hər hansı startap ideyası olan gənclər bura cəlb olunacaqlar. Tələbələr öz startaplarını fərdi, yaxud komanda şəklində təqdim edə bilərlər. Yetərincə əsaslandırılmış real ideyaların müəllifləri üçün "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində hazırlıq təlimləri təşkil olunacaq. Bu təlimlərdə xüsusi fərqlənən gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi kömək göstəriləcək. 

"Startap günləri”nin aprel, may və iyun aylarında Bakı şəhərindəki Turizm və Texnologiya Peşə Liseylərində, Azərbaycan Texniki Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Dövlət Universitetində, Qərb Universitetində, həmçinin  ASAN Könüllüləri Təşkilatında keçirilməsi nəzərdə tutulur. 

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank innovativ təşəbbüsləri hər zaman dəstəkləyib və bu dəstəyi gələcəkdə də davam etdirəcək: "Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ümumən cəmiyyətimizin gələcəyinə sərmayə qoymuş oluruq. Öz biznes layihələrini reallaşdırmağa başlayan gənclərimizin yanında olmaqdan qürur duyuruq”. 

"Startap günləri” layihəsinə iyulda təşkil ediləcək "Startap Azərbaycan” konfransı ilə yekun vurulacaq.
















www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol