• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın elektron imza təcrübəsi beynəlxalq konfransda

Azərbaycanın elektron imza təcrübəsi beynəlxalq konfransda
28.05.2020 22:30

Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi mövzusuna həsr edilmiş çıxışında “Asan imza” mobil elektron imza layihəsi barədə danışaraq mobil imza xidmətinin iş prinsipi və üstünlüklərindən bəhs edib.

 ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, həmçinin Azərbaycanda elektron hökumət konsepsiyasının tətbiqi sahəsində səmərəli IT həllər və xidmətlərin göstərilməsi istiqamətində rəhbəri olduğu şirkətin təcrübəsi haqqında məlumat verib. 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın bu nadir layihəsinə həsr edilmiş təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Konfransda bir sıra iştirakçı ölkələrin nümayəndələri ilə Azərbaycanın “Asan imza” mobil elektron imza texnologiyasının tətbiqi istiqamətində danışıqların başlanmasına dair razılıq əldə olunub. 

Y.Krimpe çıxışında vurğulayıb ki, “Asan imza” xidmətinin ilkin olaraq dövlət xidmətləri üçün nəzərdə tutulmasına baxmayaraq, bu xidmət özəl sektor üçün də geniş imkanlar təqdim edir. 

İki gün davam edən konfransın sonunda tədbir iştirakçıları üçün Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzinə tanışlıq turu təşkil edilib. 

Qeyd edək ki, “B.EST Solutions” şirkətinin Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı “Asan imza” (Mobil İmza) platforması elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol