• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı “E-manat” terminallarında kart hesablarına mədaxil etmək imkanı yaratdı

Azərbaycan Beynəlxalq Bankı “E-manat” terminallarında kart hesablarına mədaxil etmək imkanı yaratdı
10.04.2019 12:05
Azərbaycan Beynəlxalq Bankı müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, onların işini asanlaşdıran və vaxtına qənaət edən daha bir yeni xidmətini təqdim edib. Belə ki, indiyə qədər bankın müştəriləri "E-manat” terminalları vasitəsilə kredit ödənişlərini həyata keçirə bilirdi. Lakin artıq bankın müştəriləri "E-manat” terminalları vasitəsilə öz kart hesablarının balansını da artıra biləcəklər. Vəsaiti bu üsulla həm debet, həm də kredit kartı hesablarına mədaxil etmək mümkündür.

Bunun üçün "E-manat” terminallarında Azərbaycan Beynəlxalq Bankını seçdikdən sonra "Fiziki şəxslər - karta mədaxil” bölməsini tapmaq, müvafiq məlumatları və vəsaiti daxil etmək kifayətdir. Onu da qeyd etmək lazımdır ki, bu zaman müştərilərdən heç bir əlavə komisyon haqqı tələb olunmur.

Elektron xidmət infrastrukturunu daim inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

"Qayğıkeş” klubu çərçivəsində bankla tərəfdaşlıq edən alış-veriş məkanlarında ödənişləri Azərbaycan Beynəlxalq Bankının plastik kartları və POS terminalları vasitəsilə aparan zaman ödənilmiş məbləğin müəyyən hissəsi elə yerindəcə müştərinin kart hesabına geri qayıdır.  

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır.  VISA, Mastercard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.
 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsində
n, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol