• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq

İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq
10.04.2019 12:55
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş” İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə "SOCAR Aviation” markası ilə qalib gəlib.
Bu barədə SOCAR-ın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu SOCAR ödəyəcək. 

SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.

"SOCAR Turkey”in ticarət üzrə direktoru Murad Ərdoğan şirkətin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini bildirib və qeyd edib ki, Türkiyədə aviasiya sektoru genişlənir: 

"Tam gücü ilə işə başladıqdan sonra İstanbul Hava Limanının Türkiyədə təyyarə yanacağı istehlakının 60%-ni istifadə edəcəyi gözlənilir. Hava limanı ve Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız "SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”.

STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 mln. ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan M. Ərdoğan bildirib ki,"SOCAR Aviation” qurulduğu gündən etibarən çox mühüm işlər görülüb, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olub. 
"STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. "SOCAR Turkey”in qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”. 

Qeyd edək ki, Türkiyənin aviasiya sektoruna 2013-cü ildə "SOCAR Aviation” ilə daxil olan SOCAR təyyarə yanacağı təchizatına ilk olaraq İstanbulun Sabiha Gökçen hava limanında "Pegasus” aviaşirkəti ilə böyük bir saziş imzalayaraq başlayıb. 

Sektorun qabaqcıl qlobal şirkətləri ilə bağladığı müqavilələr ilə genişlənməyə davam eden "SOCAR Aviation”, 2016-cı ildə "Türk Hava Yolları”nın Atatürk hava limanındakı yanacaq ehtiyacının bir hissəsi ilə yanaşı İzmirin Adnan Menderes hava limanı və Bodrum hava limanını da yanacaq ilə təchiz etməyə başlayıb. 
Cari il ərzində "Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının yarısı, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı "SOCAR Aviation” tərəfindən həyata keçiriləcək.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol