• $
  • €
  • ₽
  • ₺
  • £

Metropolitendən sərnişinlərə xoş xəbər

Metropolitendən sərnişinlərə xoş xəbər
25.09.2014 17:24
Bakı Metropolitenində tikilən yeni stansiyalar gələn ildən istifadəyə veriləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni tikilməkdə olan stansiyalar 2015-ci il istismara veriləcək. Həmin stansiyalar dünya standartlarına uyğun, müasir yeniliklərilə digərlərindən seçiləcək.“Gələn ildən “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyaları istifadəyə veriləcək. Stansiyalar müasir, Avropa standartlarına uyğun şəkildə tikilib. Stansiyada müasir avadanlıqlar, texnikalar quraşdırılıb. Stansiyalar tikilərkən əlillər də nəzərə alınıb. Onlar üçün xüsusi liftlər quraşdırılıb”, - deyə Nəsimi Paşayev bildirib. Yeniliklərdən biri də, metropolitenə təzə qatarların alınması ilə bağlıdır. Bakı Metropoliteni üçün yeni müasir vaqonların alınmasına dair xarici şirkətlərlə danışıqlar gedir.“Yeni alınacaq vaqonların sayı 15 olacaq. Yəni 3 qatar yeni vaqonlarla xidmət göstərəcək. Həmin qatarlar yalnız açılacaq “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyalarında işləyəcək”, - deyə Nəsimi Paşayev bildirib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol