• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell öz müştərilərinə əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartlarını təklif edir

Bakcell öz müştərilərinə əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartlarını təklif edir
28.05.2020 23:49
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti mobil imza xidmətlərini bütün abunəçilərinə daha yaxın etmək məqsədilə əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartlarını təqdim edir. Qeyd olunan xidmət bu günə qədər yalnız sonradan ödənişli (postpaid) müştərilərə göstərilirdi və xidmətdən istifadə etmək istəyən əvvəlcədən ödənişli (prepaid) abunəçilər yalnız sonradan ödənişli (postpaid) sistemə keçməklə xidmətdən yararlana bilirdilər.“Bakcell”in əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartları 1 saylı “ASAN Xidmət” mərkəzindən, eləcə də Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən əldə oluna bilər.Hər üç kateqoriyaya (fərdi şəxslər, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər və dövlət qulluqçuları) aid olan postpaid və prepaid abunəçiləri üçün Asan İmza xidmətinin 3 il müddətinə aktivləşdirilməsinin qiyməti 18 AZN təşkil edir.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru “B.est Solutions” şirkəti ilə birlikdə həyata keçirilən “Asan İmza” mobil imza xidməti elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “Asan İmza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır.Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) Bakcell müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi “Asan İmza”nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməldir.Asan İmza xidmətini öz abunəçilərinə daha yaxın etmək məqsədilə Bakcell şirkəti yaxın gələcəkdə digər ASAN Mərkəzlərini də əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartları ilə təmin edəcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol