• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci rübdə Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb

Birinci rübdə Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb
11.04.2019 10:30
2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, sayğaclaşdırma və digər məsələlərlə bağlı 795 müraciət daxil olub. 

Bunlardan 357 müraciət elektrik sayğaclarının quraşdırılması, borc və cərimələrin hesablanması, enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtin verilməsi, elektrik enerjisi verilişinin dayandırılması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi təchizatında yaranan digər çatışmazlıqlarla bağlı olub.

Müraciətlərin 216-nı qaz xəttinə qoşulma, qaz təchizatının fasilələrlə verilməsi, qaz sayğaclarında yaranan qüsurlar, izafi borcun yaranması və qaz təchizatında yaranmış digər problemlərlə bağlı ərizə və şikayətlər təşkil edib. 
Daxil olan müraciətlərdən 8-i istilik enerjisinin verilişi, 165-i isə müxtəlif məsələləri əhatə edib. 49 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bu dövr ərzində müraciətlərin 566-ı nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılaraq cavablandırılıb, 45 müraciət isə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Hesabat dövründə nazirlikdə həmçinin rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaş qəbulu həyata keçirilib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazirlikdə rəhbər vəzifəli şəxslərin 2019-cu il üzrə vətəndaş qəbulu qrafiki hazırlanıb və nazirliyin saytında yerləşdirilib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol