• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub

OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub
11.04.2019 11:19
OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş "Bakı OPEC və qeyri-OPEC  tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.
 
Buraxılışda "OPEC və qeyri-OPEC neft sənayesinin beşiyini ziyarət etdi”, "OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq”, "Azərbaycan: tarix və müasirlik məkanı” başlıqlı məqalələr yer alıb. Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində ölkəmizin davamlı dəstəyi, intensiv əməkdaşlığı, "OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamalara  diqqət yetirilib.   Bakıda OPEC plus  tədbirlərinin  yüksək səviyyədə keçirildiyi qeyd olunub.  "Qlobal miqyaslı dövlət adamı və uzaqgörən lider kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu illər ərzində OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə rəğbətimizi yetiririk” deyə, dövlət başçısının rolu  xüsusi vurğulanıb. Nazirlərin Birgə Monitoriq Komitəsinin 13-cü iclasında səsləndirilən çıxışlardan sitatlar gətirilib. Bülletendə həmçinin ölkəmizin  tarixi, coğrafi mövqeyi, əhalisi, neft-qaz ehtiyatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də  26-28 apreldə keçiriləcək "Formula 1” Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatlar əksini tapıb. 

Buraxılışın  tam versiyası ilə BURADA tanış olmaq olar.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol