• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı “Yuventus”la birgə layihələrə başlayır

Azərbaycan Beynəlxalq Bankı “Yuventus”la  birgə layihələrə başlayır
29.05.2020 06:02
İtaliyanın "Yuventus” futbol klubunun azarkeşlərinə Azərbaycan Beynəlxalq Bankından maraqlı xəbər var. "Yuventus”un regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla birgə layihələrə start verəcək. Bu çərçivədə bank və klubun müştərək brendləşdirilmiş (cobrand) debet kartları buraxılacaq. Özəl dizaynla hazırlanmış və üzərində Azərbaycan Beynəlxalq Bankı ilə "Yuventus”un loqoları olan bu kartlarla müştərilər istədikləri kart ödəniş əməliyyatlarını həyata keçirə biləcəklər. Kartların məhdud sayda  hazırlandığını və ona böyük müştəri marağını nəzərə alaraq bank yaxın vaxtlarda bu özəl kartların əvvəlcədən satışını elan edəcək. Belə ki, qabaqcadan sifariş edən müştərilər bu kartın ilk sahibləri ola biləcəklər.   

Bundan başqa, bankın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyicilər arasında maraqlı müsabiqələr keçiriləcək. Müsabiqə qaliblərinə üzərində  "Yuventus”un birinci heyətindəki futbol ulduzlarının orijinal imzaları olan köynəklər hədiyyə ediləcək. 

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: "Bu layihələr, düşünürük ki, xüsusilə ölkəmizdəki "Yuventus” azarkeşləri arasında xoş bir sürpriz kimi qarşılanacaq. Regional partnyorluq çərçivəsində reallaşdırdığımız birgə layihələrlə sevimli klublarını "Yuventus” azarkeşləri üçün yaxın və əlçatan edəcəyik”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.












www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol