• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel iməciliklərində SOCAR-ın 30 minə yaxın əməkdaşı iştirak edir

Aprel iməciliklərində SOCAR-ın 30 minə yaxın əməkdaşı iştirak edir
29.05.2020 11:39

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız” kəlamını ekoloji fəaliyyətində daim rəhbər tutan SOCAR ətraf mühitin qorunması istiqamətində çoxşaxəli kompleks tədbirlər planını davam etdirir. Şirkətin əməkdaşları hər il yaz və payız mövsümlərində genişmiqyaslı iməciliklər keçirir, idarə və müəssisələrin ərazilərini tullantılardan təmizləyir, abadlıq, yaşıllaşdırma işləri aparır, əvvəllər salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərirlər. Yaz mövsümü ilə əlaqədar cari ilin aprel ayı ərzində şirkətin bütün strukturlarında şənbə iməcilikləri keçirilməkdədir.

Aprelin 13-də SOCAR rəhbərliyi və baş ofisinin kollektivi Pirallahı rayonunda "Abşeronneft” NQÇİ-nin ərazisində keçirilən iməcilikdə iştirak etmişdir. İməcilik zamanı ərazinin təbii xüsusiyyətlərinə uyğun olan 5 mindən artıq ağac və gül bitkiləri əkilmiş, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilmiş, ağacların dibləri yumşaldılmış və abadlıq işləri aparılmışdır.

"Azneft” İB-nin "Abşeronneft” NQÇİ-nin kollektivi Pirallahı adasında ekoloji tarazlığın bərpası məqsədilə indiyədək 13,5 hektarlıq mədən ərazisini bioremediasiya üsülu ilə neft şlamından təmizləmiş, daxili imkanlar hesabına 18,3 hektarlıq sahəni abadlaşdırmış və həmin sahələrdə 70 mindən artıq ağac, müxtəlif növ gül kolları əkmişdir. Dəniz özüllərində isə quyuların yeraltı və cari təmiri zamanı istifadə olunan lay sularının idarə olunması üçün qurğular quraşdırılmışdır.

Qeyd edək ki, aprel ayı ərzində keçirilən iməciliklərdə SOCAR-ın müxtəlif idarə və müəssisələrində çalışan təxminən 30 min əməkdaşının iştirakı ilə on minlərlə ağac və gül kolunun əkilməsi, əvvəllər əkilmiş ağac və gül kollarına aqrotexniki qulluq göstərilməsi, habelə abadlıq işlərinin aparılması planlaşdırılır.
İməciliklərdə mədən ərazilərinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - şam, çinar, Avropa zeytunu, Eldar şamı, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol