• $
  • €
  • ₽
  • ₺
  • £

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini iki pillə yüksəltdi

Moody’s Azərbaycan Beynəlxalq Bankının  reytinqlərini iki pillə yüksəltdi
16.04.2019 12:55
Moody’s Beynəlxalq  Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb və reytinqləri iki pillə yüksəldib. Belə ki, bankın Uzunmüddətli depozit reytinqi Pozitiv proqnozla B3 səviyyəsindən B1 səviyyəsinə qədər artırılıb, Kredit ödəmə qabiliyyəti reytinqləri (Baseline Credit Assessment, Adjusted Baseline Credit Assessment) caa2 səviyyəsindən b3 səviyyəsinə, Bankın Uzunmüddətli Qarşı Tərəfin Risk Qiymətləndirilməsi reytinqləri (Long-term Counterparty Risk Assessment, Long-term Counterparty Risk Rating) isə B2 səviyyəsindən Ba3 səviyyəsinə yüksəldilib. 
Agentlik ekspertlərinin rəyində qeyd edilib ki, reytinqlərin bu yüksəlişi bankın aktivlərinin keyfiyyətinin artırılmasının, kapital mövqeyinin gücləndirilməsinin, gəlirliliyinin təmin olunmasının, xərclərin optimallaşdırılmasının müsbət təsirləridir. Bu istiqamətdə atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə 426 milyon manat xalis mənfəət (295 mln. manat əməliyyat mənfəəti) əldə edib. Kapitalın adekvatlığı əmsalı artıb, Aktivlərin gəlirliliyi əmsalı (ROAA) 3.5%-ə yüksəlib. 

Moody’s ekspertlərinin fikrincə, ölkəmizdə əldə edilən makroiqtisadi sabitliyin, yerli banklar üçün yaranmış əlverişli əməliyyat mühitinin də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksəlməsində rolu böyükdür. 

Agentlik hesab edir ki, bankın mövcud balans strukturuna əsasən, növbəti 12 - 18 ay ərzində də dayanıqlı gəlirlilik təmin olunacaqdır. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Moody’s Beynəlxalq Reytinq Agentliyinin yeni qərarı bu gün Azərbaycan Beynəlxalq Bankında gedən davamlı inkişaf proseslərini əks etdirir. Bankda özünü göstərən müsbət tendensiyalar beynəlxalq reytinq agentlikləri tərəfindən də diqqətlə izlənilir və qiymətləndirilir. Bankın maliyyə dayanıqlılığının artırılması strateji layihələrimizin icrasına geniş imkanlar yaradır”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 
 
 

 
 
 
 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol