• $
  • €
  • ₽
  • ₺
  • £

EMTA rəhbərliyi Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası üzvlərinin Skopye görüşündə iştirak edib

EMTA rəhbərliyi Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası üzvlərinin Skopye görüşündə iştirak edib
16.04.2019 15:09
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) tam və assosiativ üzvlərinin nümayəndələrinin görüşü baş tutub. Tədbirdə Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin (EMTA) sədri Samir Axundovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. 15-16 aprel tarixlərində keçirilən ikigünlük tədbirin ilk günündə ERRA Tarif Komitəsinin, ERRA Lisenziyalaşdırma və Rəqabət Komitəsinin, həmçinin ERRA Baş Assambleyasının iclasları keçirilib. Görüşlərə müvafiq sahələr üzrə ekspertlər olan milli nümayəndə heyətinin üzvləri - EMTA əməkdaşları qatılıblar.  

Anews.az xəbər verir ki, komitələrin iclasları zamanı 2019-2020-ci illəri əhatə edən iş planı təqdim edilib, tariflərdə baş vermiş dəyişikliklərin və digər aktual məsələlərin müzakirə edildiyi dəyirmi masalar təşkil olunub, bərpa olunan enerji üçün dəstək sxemlərinin hazırlanması və tətbiqi məsələləri, pərakəndə satış bazarlarının funksionallığı və lisenziyalaşdırmada yeni meyarlar müzakirə edilib.   

ERRA Baş Assambleyasının iclasında üzvlük, maliyyələşdirmə və büdcə məsələləri, ERRA Nizamnaməsinə edilən dəyişikliklər, eləcə də digər inzibati məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. 

Növbəti gün EMTA İdarə Heyətinin sədri Samir Axundovun iştirakı ilə ERRA üzvü olan qurumların rəhbərlərinin görüşü keçirilib. Görüşdə ötürücü sistem operatoru üzrə müqayisəli araşdırma, tətbiqinəzərdə tutulan yeni modellərin öyrənilməsi, enerji tənzimləyiciləri üçün kommunikasiya üzrə ən yaxşı təcrübələrin, həmçinin ERRA üzvü olan qurumların koordinasiyası layihələrinin nəticələri kimi müxtəlif təqdimatlar keçirilib və iştirakçılar arasında intensiv müzakirələr aparılıb.   

ERRA üzvü olan tənzimləyici qurumların sədrləri, prezidentləri və komissarlarının ənənəvi görüşü 2009-cu ildən etibarən, ildə iki dəfə olmaqla keçirilir. Mütəmadi toplantılar üzv qurumların üzləşdikləri ən əsas çətinliklərin qarşılıqlı müzakirəsi məqsədilə təşkil edilir. Bu qeyri-formal görüşlərin iştirakçıları üzv ölkələrdə elektrik enerjisi və qaz təchizatı sahəsində son dəyişikliklər və gözləntilər haqqında məlumatları  bölüşmək  fürsəti əldə edirlər.      


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol