• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda vacib Yenilik

Bakı metrosunda vacib Yenilik
23.09.2014 14:50

Bakı Metropolitenində həkim personalının xidmət göstərəcəyi tibb məntəqələrinin yaradılması ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılır.

Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.Şöbə rəisinin sözlərinə görə, hazırda Bakı Metropolitenində bir neçə stansiyada tibbi xidmət otaqları olsa da, onlar sərnişinlər üçün yox, metronun öz işçiləri, xüsusən də maşinistlər üçün nəzərdə tutulub:“Bakı Metropolitenində tibb məntəqələri yoxdur, lakin bir neçə stansiyada tibbi xidmət otağı, ilkin tibbi yardım üçün nəzərdə tutulan ləvazimat və dərmanlar var. Lakin onlar Metropoliten işçiləri, əsasən da maşinistlər üçün nəzərdə tutulub. Sərnişinlər üçün isə tibb məntəqəsi və ya onlara tibbi yardım göstərəcək ayrıca personal yoxdur. Lakin bununla bağlı planlarımız var və müvafiq qurumlarda danışıqlar aparıb stansiyalarda tibbi personalın olduğu məntəqələr yaratmağa çalışırıq”.N.Paşayev qeyd edib ki, zəruri ehtiyac yarandıqda sərnişinlərə ilkin tibbi yardım metronun əməkdaşları tərəfindən göstərilir, eyni zamanda, təcili yardım stansiyasına məlumat verilir:“Hələ elə bir hal olmayıb ki, bizdə tibbi yardıma ehtiyac olan şəxsə ilkin tibbi yardım göstərilməsin. İlkin tibbi xidmətdən sonra ehtiyac yaranarsa, dərhal təcili yardım stansiyasına xəbər verilir. İndiyədək çağırılan təcil tibbi yardım briqadalarının gecikməsinin də şahidi olmamışıq. Çünki demək olar ki, metronun bütün stansiyaları ətrafında təcili yardım maşınları olur və onlar da tez, vaxtında çatırlar. Təbii ki, burada söhbət insan həyatından və dərhal tibbi müdaxilədən gedirsə, biz də istəyirik ki, Metropolitenin özündə sərnişinlərə zəruri hallarda təcili tibbi yardım göstərən konkret tibbi personal olsun. Bundan əlavə, hazırda Metrpolitenin stansiyalarının, eləcə də işçilərinin sayı artır. Ona görə də bu gün Metropolitendə buna ehtiyac var”.Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, Bakı Metropolitenindən təcili tibbi yardım stansiyalarına gün ərzində 4-5, ay ərzində isə orta hesabla 100-120 çağırış daxil olur:“Metroda həm platformaya sərnişinlər üçün, həm də giriş-çıxışlara çağırışlar olur. Bəzən elə olur ki, metronun öz işçilərinin də halı xarab olur. Çağırışlar müxtəlif xəstəliklərlə, adətən isə bayılma, özündəngetmə, böyrək ağrısı, halın pisləşməsi ilə bağlı olur”.Metroda ölüm hallarının baş verməsinə gəlincə, O.Şahmalıyev qeyd edib ki, təəssüf ki, belə faktlara da rast gəlinir:
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol