• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik” xidmətindən istifadəni pulsuz etdi

Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik”  xidmətindən istifadəni pulsuz etdi
25.04.2019 15:20
Bank əməliyyatlarının maksimum təhlükəsizliyi üçün ardıcıl tədbirlər həyata keçirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank plastik kartlarla əməliyyatlar zamanı təhlükəsizliyi ən yüksək səviyyədə qoruyan "3D Təhlükəsizlik” (3D Secure) xidmətinə qoşulmağı müştərilər üçün pulsuz edib. Xidmətdən istifadəyə görə də müştərilərdən heç bir komisyon haqq tutulmayacaq. Bundan başqa, bank "3D Secure SMS qeydiyyat” xidmətini də istifadəyə verib. 

"3D Təhlükəsizlik” texnologiyası beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış qlobal protokoldur. Bu texnologiya ödəniş kartları ilə onlayn əməliyyatlar zamanı müştərinin hesabındakı vəsaitləri kibercinayətkarlıq hallarından qoruyur. Kart sahibi öz mobil telefon nömrəsini bu xidmətə qoşur. Hər dəfə internet ödənişi zamanı həmin nömrəyə birdəfəlik təhlükəsizlik şifrəsi göndərilir. Yalnız həmin kod daxil edildikdən sonra ödənişin başa çatdırılması mümkün olur. Beləliklə, kart itirildikdə, kartın nömrə və şifrəsi başqa əllərə keçdikdə onunla onlayn əməliyyatlar aparmağın qarşısı tam alınır. Mobil telefon nömrəsi Azərbaycan Beynəlxalq Bankının məlumat bazasında olan hər bir müştəri indi bu sistemə avtomatik qoşulacaq. Digər müştərilər isə sistemə bankın ATM-ləri, bankın  filial və şöbələri,  yaxud Azerikard prosessinq mərkəzinin 194 nömrəli Məlumat Mərkəzi vasitəsilə qoşula bilərlər.  

Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: "Bu texnologiya müştəriyə qarşı dələduzluq risklərinin aradan götürülməsinə xidmət edir. "3D Təhlükəsizlik” xidmətindən faydalanan müştərilərimiz kart əməliyyatlarının tam təhlükəsizliyinə əmin ola bilərlər”. 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol