Sahibkara kəsilmiş qanuni amma haqsız cərimə necə ləğv olundu?

«Vergilər nazirliyində 3 görüş, məktublaşmalar, çoxsaylı zənglər, Azərbaycan Konstitusiya Məhkəməsinə iki məktub, zənglərdən, – bir sözlə altı aylıq ciddi mübarizədən sonra, nəhayət mənə qanuni amma haqsız kəsilmiş 40 manat cərimə ləğv olundu», – bunu Anews.az-a keçmiş jurnalist, hazırda işsiz olan Rafiq Məmmədli deyib.
Bəs görəsən necə olub ki, sahibkar vVergilər nazirliyinin ilk baxışda qanuni kəsilmiş cəriməsini məhkəmə yolu ilə ləğv edə bilib?:

Məmmədlinin sözlərinə görə, o, buna həmin cərimənin əslində vergi mükəlləfiyyəti ilə, ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə qətiyyən əlaqəsi olmadığı üçün nail ola bilib. «Əlbəttə sual olunacaq ki, necə ola bilər ki, Azərbaycanın vergi orqanları qanuni kəsilmiş cəriməni ləğv edib, halbuki Azərbaycanda heç qanunsuz kəsilmiş cərimələrin ləğvi mümkün deyil. Məsələ burasındadır ki, bu cərimənin əslində vergi mükəlləfiyyəti ilə, ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə qətiyyən əlaqəsi yoxdur. Heç kimin ağlına belə gəlməz ki, günlərin bir günündə səni 40 manat cərimə ediblər.
Söhbət "vətəndaşın yaşayış ünvanını dəyişib vergi orqanlarına xəbər verməməsi”ndən gedir. Yəni qeydiyyatını (propiska) dəyişib xəbər vermədiyi halda vətəndaşın cərimələnəcəyi ilə bağlı Vergilər Məcəlləsinə nə az-nə çox, düz 2 maddə bəndi (33.3 və 33.4) salınıb.
Təbii ki, mənim bu, mütləq dərəcədə antikonstitusion qaydadan xəbərim yox idi və qəti əminəm ki, tək-tək sadələşmiş vergi uçotunda olan sahibkarın bundan xəbəri var. Bu qalmaqalın ən absurd cəhəti mənim işləmədiyimdir. Artıq neçə ildir ki, VÖEN-im də bağlı idi. Maraqlıdır ki, vergilərə yaşayış ünvanımın dəyişildiyini də elə özüm xəbər vermişəm, və bu da maraqlıdır ki, işləmədiyim barədə arayış alarkən...
Sonda vergi ödəyicilərinə səbirli olub axıra qədər ədalətsizliklə mübarizə aparmağı arzu edirəm, nə qədər uzun çəksə də, nə qədər köməksiz və ümidsiz olsanız belə mübarizədən çəkilməyin», deyə Məmmədli vurğulayıb.
Rafiq Məmmədli Vergilər Məcəlləsinə əlavə edilən 33-cü maddənin iki bəndinin Azərbaycan Respublikası Konstitusiyası ilə uyğun gəlmədiyi üçün çıxarılmasını təklif edir.
Məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.
M.Q.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























