İşığın limiti ilə bağlı əhaliyə vacib xəbər

Azərbaycanda qaza tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisinə qoyulan limitin artırılması məsələsi gündəmə gəlib.
""Azərişıq” icraedici orqandır . Qanunla hansı limit, hansı tarif qəbul olunursa, biz də onun icrasını həyata keçiririk. Yəni, biz icraedici orqanıq. Gələcəkdə də hansı tarif, hansı limit qüvvədə olacaqsa, işimizi ona uyğun icra edəcəyik”. - açıqlamada deyilir.
Bu məsələ ilə bağlı "Azərişıq” ASC-nin hər hansı bir təklifinin olub-olmadığına gəlincə, qurumdan məsələnin hazırda müzakirə predmeti olmadığını deyiblər.
Xatırladaq ki, işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























