Bakıdan Ankaraya sərnişin qatarı açılır

Avqust ayından etibarən Azərbaycan və Türkiyə Bakı-Ankara marşrutu üzrə sərnişin qatarı işə salacaqlar.
Türkiyə KİV xəbər verir ki, artıq iki ölkə arasında bununla bağlı müvafiq razılıq əldə edilib.
Qatar avqustda yola düşəcək, həftədə bir dəfə hər istiqamətə gedəcək. Qatar təxminən 40 saata yolu qət edəcək.
Bilet qiymətlərinə gəldikdə, vaqonunun siniflindən aslı olaraq biletin qiyməti 50-dən 120 avro (100 - 240 AZN) təşkil edəcək.
Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























