• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari Sığorta Bürosunun ötən il əldə etdiyi gəlir açıqlanıb

İcbari Sığorta Bürosunun ötən il əldə etdiyi gəlir açıqlanıb
08.05.2019 21:15
İcbari Sığorta Bürosu 2018-ci ildə 7,8 milyon manat təqvim haqları toplayıb, təqribən 1,2 milyon manat da investisiya gəlirləri əldə edib.

Bu barədə "Report”a ekskluziv açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov məlumat verib. 

Onu sözlərinə görə, investisiya gəlirləri dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızları, banklarda olan depozitlər hesabına əldə edilib.

"Xərclər dedikdə, büronun saxlanılması, kompensasiya ödənişləri, informasiya sisteminin saxlanılması, Yaşıl Kart və katastrofik risklərlə əlaqədar təkrarsığorta və digər xərclər nəzərdə tutulur. Büronun 2017-ci illə müqayisədə qarantiya fondu təqribən 4 milyon manata yaxın artım göstərib. Hazırda Büronun cəmi vəsaitləri 34 milyon manat civarındadır. Bu vəsaitlərin təqribən 10 milyon manatı - 5 milyon avro Yaşıl Kart sisteminə üzvlüyümüzlə əlaqədar Beynəlxaq Bürolar Şurasının tələbi ilə Avropa banklarında depozit/qarantiya olaraq yerləşdirilib. Qalan vəsaitlər isə Azərbaycan banklarında, dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızlarında diversifikasiya edilib”, - deyə R.Əhmədov əlavə edib.

İcraçı direktor Büronun investisiya siyasətində dəyişikliklərə toxunaraq qeyd etdi ki, daxili qaydalara görə maliyyə sabitliyinə nəzarətin gücləndirilməsi məqsədilə bir bankda ümumi investisiya portfelinin 25%-dən çoxunu saxlamaq yolverilməzdir: "Burada tək istisna dövlət qiymətli kağızlarıdır”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol