İş axtaranların nəzərinə - "ASAN xidmət" işçi axtarır

2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə 6 yeni "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.
"ASAN xidmət”-in mətbut xidmətindən Anews.az-a verilən məlumata görə, "Dövlət qulluğu haqqında” qanunun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı "ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Dövlət Agentliyinin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.
Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























