I rübdə “Petkim”ə 109 mln. lirə investisiya qoyulub

Bu ilin I rübündə Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan "Petkim” neft-kimya kompleksinə 109 mln. Türkiyə lirəsi məbləğində investisiya yatırılıb.
Bildirilib ki, bu il həyata keçiriləcək investisiyalar fabriklərin modernizasiyası, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühitlə bağlı sərmayələrdir.
Qeyd edək ki, "Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.
www.anews.az
"Report” bu barədə "Petkim Holding”in məlumatına əsasən xəbər verir.
Kompleksdə 788,289 min ton məhsul istehsal olunub. Hesabat dövründə satış miqdarı 597,545 min ton təşkil edib.
Bu ilin I rübündə "Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 16%, satış miqdarı isə 27% artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























