• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub
12.05.2019 10:26

 
İnternetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların, yeniyetmələrin üzləşə biləcəyi təhlükələri müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün "Azercell Telekom” MMC "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərini davam etdirir. Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət layihə çərçivəsində indiyədək ölkəmizin müxtəlif bölgələrində məktəblilər, valideynlər və müəllimlər üçün təlim sessiyaları təşkil edib. Növbəti təlimlərdən biri Sumqayıt şəhəri 31 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 140 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub.

Qeyd etmək istərdik ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maariflənmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baş tutan "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində də "Azercell Telekom” MMC -in təşkilatçılığı ilə silsilə təlimlər keçirildi. 

Onu da vurğulayaq ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə xüsusi önəm verən Azercell "Universal Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı "Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkanı verir.

Qeyd etmək istərdik ki, ötən il Azercell "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" layihəsi ilə "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyasında qalib seçilərək, Bürünc "Stevie” mükafatı qazanıb.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol