• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişinlərə şad xəbər

Sərnişinlərə şad xəbər
17.09.2014 14:33

Gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi təmin etmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, göstərilən tarixdən sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər.

Nazir müavini bildirib: "Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə də ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədi ilə işlər həyata keçirilir".

Hazırda Bakı metrosunda ödəniş yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi kartlarla həyata keçirilir.

M.Pənahov qeyd edib ki, hazırda ictimai nəqliyyatda elektron ödəniş sisteminin qaydaya salınması çərçivəsində bu prosesi nəzərdə tutulan müddətdə keyfiyyətli şəkildə təmin edə biləcək şirkətlərlə danışıqlar aparılır. Əvvəllər seçilmiş podratçılar yaranmış çətinliklərlə əlaqədar bu layihəni axıradək reallaşdıra bilməyiblər.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol