• $
  • €
  • ₽
  • ₺
  • £

“FİNTEX – Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Mərkəzi Bank maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib

“FİNTEX – Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Mərkəzi Bank maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib
17.05.2019 16:43
 Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamla təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq hazırlanmışdır.

Maliyyə Savadlılığı portalının (www.bizimpullar.az) tərkib hissəsi olan bu sistem istehlakçıların maliyyə məhsulları üzrə məlumatların bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradan platformadır. Həmçinin məlumat-axtarış sistemi əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılması və bu xidmətlərdən istifadənin stimullaşdırılmasına, maliyyə xidmətləri bazarında isə rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması və şərtlərinin yaxşılaşdırılmasına töhfə verəcəkdir.

Sınaq rejimini keçmiş məlumat-axtarış sisteminə bankların qoşulması hazırda davam edir. Qeyd edək ki, qoşulan banklar əsas maliyyə məhsulları (məs. əmanət, kredit, ödəniş kartları və s.), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirir və mütəmadi yenilənməni təmin edirlər. Eyni zamanda, sistemə yerləşdirilmiş hər bir məhsul və xidmət barədə ətraflı məlumat üçün keçid linki də təqdim olunur. Bu baxımdan, maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi əhali və maliyyə institutları arasında məlumat mübadiləsi üçün effektiv vasitədir.

Yaxın zamanlarda banklarla yanaşı bank olmayan kredit təşkilatları, ödəniş agentləri və maliyyə xidmətləri göstərən digər qurumların maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə qoşulması planlaşdırılır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol