• $
  • €
  • ₽
  • ₺
  • £

Meyvələrin qiyməti bahalaşacaq - EKSPERT RƏYİ

Meyvələrin qiyməti bahalaşacaq - EKSPERT RƏYİ
19.05.2019 19:31
Bu ilin aprel ayı, mayın ilk yarısı havanın son dərəcə qeyri-stabilliyi ilə seçilərək, kənd təsərrüfatı üçün o qədər də əlverişli keçmədi. Mövsümə uyğun olmayan yağıntılar isə kənd təsərrüfatı məhsullarına böyük zərər verir.

Bir müddət əvvəl hava amili, ixrac səbəbiylə qiymətlərində ciddi bahalaşma müşahidə edilən kartof, soğan bu günlərdə mövsümə uyğun qiymətlərə satılır. 1 ay əvvələ qədər 1 manat 50 qəpiyədək bahalaşan kartof hazırda 70-80 qəpiyə, 1 manat 40 qəpiyədək bahalaşan soğan isə 50 qəpiyə təklif edilir.

Buta.media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli Modern.az-a bildirib ki, hava amili risk faktorlarının içərisində ən təhlükəlisidir:
"Bunun başında isə leysan, dolu faktoru gəlir, hətta ən təhlükəlisi sayılır. Ölkəmizin coğrafi iqlim şəraitinə görə, dolu adətən çəyirdəkli meyvələrin çiçəklənmə dövrünə təsadüf edir. Bu isə məhsuldarlığa ciddi şəkildə mənfi təsir edir. Məhsul çiçəkləyir, tozlanma getdiyi vaxtda dolu düşəndə onları məhv edir.

Hələ 2-3 həftə əvvəl leysan xarakterli yağış yağdı, ardından da dolu düşdü. Bütün bunların nəticəsində isə ərik daha çox zərər gördü. Yağıntıların və dolunun təsirini biz xüsusilə əriyin məhsuldarlığında müşahidə edəcəyik. "Quba, Qəbələ, Zaqatalada ərik bağları yağıntılardan çox böyük zərər görüb.
 
Dolunun növbəti günlərdə yağma ehtimalı olduğuna görə vəziyyət bir qədər də çətinləşə bilər”.

N.Nəsirli qeyd edib ki, hava şəraitinin bitkiçilik sahəsinə təsirləri gözlənilmir:

"Bildiyiniz kimi, dolu kütləvi deyil, lokal xarakterli oldu. Əsasən Xaçmaza düşdü. Bu isə ciddi iqtisadi nəticə yarada bilməz”.

Onun sözlərinə görə, yağıntıların açıq sahə tərəvəzçiliyinə-pomidor, badımcan, xiyar, bibər və s. xeyri var:

"Çünki şitillər sahələrə köçürülmüşdü. Hətta bəzi bölgələrdə fermerlər suvarma qayğısından azad olub. Hazırda xiyar, pomidor, badımcan, bibərin qiymətləri mövsümə uyğundur”.

Qeyd edək ki, hazırda pomidorun qiyməti növündən asılı olaraq 2 manat-3  manat, xiyarın qiyməti 30-50 qəpik, badımcanın qiyməti 1 manat 50 qəpik-1 manat 80 qəpik arasında dəyişir. Bibər isə kiloqramı 5 manata təklif olunur.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol